”11 215 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb”

“Nikaha daxil olanların 5-7 faizi talassemiya daşıyıcısı olur”

Source:
Ceyhun Məmmədov
Ceyhun Məmmədov


“Nikaha daxil olanların 5-7 faizi talassemiya daşıyıcısı olur”

“2015-ci ilin iyunundan indiyədək ailə quran 258 521 nəfər nikahdan öncə müayinədən keçib. Onların 11 215-də talassemiya daşıyıcılığı aşkarlanıb. 97 cütlüyün isə hər ikisində daşıyıcılıq qeydə alınıb”.

APA yazır ki, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov Beynəlxalq Talassemiya Günü ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, buvaxtadək talassemiya daşıyıcılığı aşkarlanan 26 cütlükdə hamiləlik baş verib:

“5 ailənin razılığı ilə hamiləlik dayandırılıb. Digərlərində isə talassemiya daşıyıcısı və sağlam uşaqlar gəlib dünyaya. Daşıyıcılar praktik sağlam insanlardır”.

Ceyhun Məmmədov daşıyıcı olan 54 cütlüyün isə perinatal diaqnostika olunması üçün qeydə alındığını deyib:

“Azərbaycanda aparılan son müayinələrin nəticələrinə görə, nikaha daxil olanların 5-7 faizi talassemiya daşıyıcısı olur”.

Ana səhifəXəbərlər”11 215 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb”