Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. Bu gün hakim Dadaş İmanovun sədrliyi ilə növbəti məhkəmə iclası keçirilib.
Məhkəmə binası qarşısında tərəflər arasında mübahisə də yaşanıb.
Vəkillərin müdafiə çıxışı yekunlaşmadığı üçün İlkin Süleymanovun cinayət işi üzrə prosesə sabaha kimi ara verilib.
2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Qətldə ittiham olunan İlkin Süleymanova ötən məhkəmə proseslərində dövlət ittihamçısı 20 il azadlıqdan məhrumetmə cəzası istəyib.. Ailəsi və yaxınları Süleymanova bəraət tələb edirlər.