Mənbə: Meydan TV

"10 nəfər məni təpiyinin altına saldı"

"10 nəfər məni təpiyinin altına saldı"

Sakinlər binalarının sökülməsinə etiraz etdikləri üçün tikinti şirkətinin kimlikləri bilinməyən əməkdaşlarının onları döydüklərini deyirlər.

Nərimanov rayonunda sifarişçisi “N-Turan” tikinti şirkəti olan bina pilot layihə adı altında sökülür. Binada yaşayan son bir neçə ailə tikintiyə etiraz edir. Sakinlər deyir ki, sənədlərdə “N-Turan” göstərilsə də, bu şirkət bonkrot olduğundan, əslində işi “Olympys Park” MMC aparır.

“Olympus” şirkətinin nümayəndəsi Rafiq Lətifov deyir ki, şirkət iki ilə binanı təhvil verməlidir. “Olympus Park” N-Turan şirkətinə tikintidə yardım göstərir.

Rafiq Lətifov mühafizəçilərin tikintinin təhlükəsizliyini qorumaq üçün cəlb olunduğunu deyir.

Məmmədovlar qardaşları deyir ki, mühafizəçilər onlara qol gücü tətbiq etsələr də, polis qardaşları saxlayıb.

Etiraz edənlər şirkətin vəsaiti olmadığını deyir, onu etibarsız hesab edirlər. Ona görə də evlərindən köçmək fikirləri yoxdur.

Mətbuatda gedən məlumatlara görə, “N-Turan” və "Olympus Park” tikinti şirkətinin adı mənzillərin 2 və daha artıq şəxsə satılmasında, razılığa gəlinməmiş, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılması kimi hallarda çəkilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hpe7nz

Ən çox baxılan