Oktyabrın 5-də səhər saatlarında Mingəçevirdə yağan yağış şəhər küçələrini keçilməz edib. Su gölməçələri üzündən işəgedənlər, məktəblilər yollarda qalıb. Kadrlar şəhərin mərkəzi küçələrindən birində çəkilib. Bu küçə icra hakimiyyətinin arxasında yerləşir. Şəhərin demək olar ki, əksər küçələri bu gündədir. Şəhərin kanalizasiya sistemi təzə dəyişdirilib və buna 10 milyon manat xərclənib.