Akif Muradverdiyevin həbsindən sonra bu vəzifə boş qalmışdı
Dövlət başçısının sərəncamı ilə Oqtay Şahbazov Prezident Administrasiyasının işlər müdiri təyin edilib. Buna qədər Şahbazov işlər müdirinin birinci müavini idi.
2005-ci ildə Akif Muradverdiyevin dövlət çevrilişinə cəhd ittihamı ilə həbsindən sonra bu vəzifə boş qalmışdı. Bu illər ərzində Muradverdiyev həbs edilib, mühakimə edilib, şərti azadlığa buraxılıb və yenidən həbs edilib.
Turan İA