10 bankın əmanətçisinə 323 min kompensasiya ödəndi

2 bank üzrə ümumilikdə 15 mln. 715 min manatdan artıq kompensasiya ödənilib

Source:
foto APA
foto APA
foto APA
foto APA


2 bank üzrə ümumilikdə 15 mln. 715 min manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 13 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 mln. 853 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 mln. 977 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 849 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 mln. 501 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, 13 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 mln. 869 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 846 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 715 min manatdan artıq kompensasiya ödənilib.

13 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.

13 sentyabr 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb və qorunan əmanətçilərinə 58 mln. 12 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 323 mln. 268 min manatdan artıq kompensasiya ödənilib.

Ana səhifəXəbərlər10 bankın əmanətçisinə 323 min kompensasiya ödəndi