Növbəti valyuta hərracı keçirilib
Mayın 4-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7026 səviyyəsində formalaşıb.
Son hərraclarda manat, az da olsa, dollara nisbətən möhkəmlənir.
İqtisadçı Natiq Cəfərli deyir ki, ötən il də buna oxşar hadisə baş verdi. Eyni alqı əməliyyatı etdilər, may ayında məzənnəni 1.4900 qədər saldılar:
“Bəzi vətəndaşlar panikaya düşüb, 250 mln. dollar satdılar. Sonra dolların məzənnəsi kəskin artdı. 1,9200 manata qədər dollar bahalaşdı. Elə bilirlər camaat belə əməliyyatları unudub, çörəyi də qulağına yeyir”.
Ekspertlər manatın dəyər qazanmasını müvəqqəti sayırlar.
Yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.