1 dollar 1.7025 manat olub

Növbəti valyuta hərracı keçirilib

Source:


Növbəti valyuta hərracı keçirilib

Mayın 11-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7025 olub.

Mayın 11-də rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.7026 manata bərabər olmuşdu.

Bundan əvvəl, mayın 4-də keçirilən hərracda isə dollar cüzi bahalaşmışdı. Ümumilikdə son iki ayda keçirilən hərraclarda, bir qayda olaraq, manat möhkəmlənib.

Ekspertlər düşünür ki, Azərbaycanda manatın möhkəmlənməsinin iqtisadi əsasları yoxdur. Məzənnə inzibati yolla formalaşır. Bahalaşma isə müvəqqətidir.

Ana səhifəXəbərlər1 dollar 1.7025 manat olub