1 427 dərman vasitəsinin satış qiyməti təsdiqləndi

Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77%-ni təşkil edir

Source:


Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77%-ni təşkil edir

Tarif (qiymət) Şurasının bu gün növbəti iclası keçirilib. Şuradan “Report”a verilən məlumata görə, iclasda daha 1 427 dərman vasitəsinin qiyməti təsdiqlənib.

Ümumilikdə indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7 075 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77%-ni təşkil edir. Bunlardan 5 741 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1 334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.

Qiymətləri yeni tənzimlənmiş 1 427 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb, 26%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-nin qiymətləri endirilib.

Qiymət tənzimlənməsi aparılmamış təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün Şura tərəfindən sənədlərin (bəyannamələrin) qəbulu üçün son tarix aprel ayının 22-si müəyyən edilib.

Qərarlar və dərman vasitələrinin qiymətlərinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (

www.tariff.gov.az

) “Şuranın qərarları” və “Dərman vasitələri” bölmələrində yerləşdirilib.

Ana səhifəXəbərlər1 427 dərman vasitəsinin satış qiyməti təsdiqləndi