Milli Məclis

Mənbə: Meydan TV

Başlıq: Milli Məclis

Deputat: Avtoşluq edib əlil olanla qaziyə eyni yanaşma tətbiq etmək olmaz

Parlamentdə qazı və müharibə əlillərinin problemləri qaldırılıb

“4 aya yaxındır müharibədə zəfər qazanmışıq, amma əlilliyin təyin olunması məsələlərində problemlər qalır. Vətən müharibəsində könüllü əyninə hərbi paltar geyinənləri, ordumuzun əsgərlərini bu qədər gözlətmək düzgün deyil”.

Milli Məclisin fevralın 23-də keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

O vurğulayıb ki, müvafiq qurumlar onların əlillik dərəcələrini tezliklə təyin etmək üçün işlər görməlidir.

Deputat həmçinin hesab edir ki, Vətən müharibəsində iştirak edənlərin əlillik dərəcəsi ilə adi insanlara verilən əlillik dərəcəsi eyni olmalı deyil. Onun sözlərinə görə, bir çox ölkədə bu, fərqli qaydada tətbiq edilir:

“Məsələn, Türkiyədə müharibədə iştirak edənlərlə bağlı 6 əlillik dərəcəsi tətbiq edilir. Avtoşluq edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz. Bu məsələ aidiyyəti qurumlarda baxılmalıdır”.

Məlahət Həsənova

Məlahət Həsənova

Mənbə: Meydan TV

Deputat Tahir Kərimli təklif edib ki, qazilər Bakıya gəlib-getməkdə çətinlik yaşadıqları üçün respublikanın bütün yerlərində regional şöbə və komissiyalar yaradılmalı, qazilərə vəsiqələr yerindəcə verilməlidir.

Deputatı Nigar Arpadari bildirib ki, müharibədə yaralanmış qazilər müəyyən müəssisələrdən arayış almaq üçün növbəyə dururlar və bu, onlar üçün çətinlik yaradır:

“Aydındır ki, qurumlar işini prosedura uyğun qurublar. İndiki halda isə bunu sistem halına salmalıyıq. Yaralılarımız bilməlidir ki, dövlət onların qayğısına qalır. Bu məqsədlə də ASAN Xidmət modeli yaradılmalıdır. Onlar sənədləri almaq üçün dəfələrlə gedib-gəlməli deyil. Səyyar ASAN və könüllülər xidməti təşkil edilməlidir”.

Deputat Əli Məsimli də bildirib ki, müharibədə yaralanan qazilərin müalicəsində bürokratik əngəllərin, formalizmlərin aradan qaldırılması üçün müvafiq addımların atılması vacibdir.

Əli Məsimli

Əli Məsimli

Mənbə: Meydan TV

O qeyd edib ki, qəzalı vəziyyətdə yaşayan şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı da sürətli fəaliyyət həyata keçirilməlidir.

İclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik təsdiqlənib.

Layihəyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlar imtahanlarını verə biləcəklər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7e0kax

Ən çox baxılan