İntihar edən İsa Şahmarlının Meydan TV-yə son müsahibəsi

Dərc olunub - Müəllif Cavid Abdullayev

Azad LGBT təşkilatının sədri İsa Şahmarlı, özünə qəsd etməzdən bir gün öncə, yanvarın 21-də Meydan TV-nin əməkdaşına müsahibə verərək, Azərbaycan cəmiyyətindəki homofobiyadan danışıb.
İsa Şahmarlı yanvarın 22-də saat 14:00 radələrində özünü asaraq intihara cəhd edb. Onun LGBT bayrağından özünü asdığı deyilir. Dostları müdaxilə ediblər, həkim çağırıblar. Təcili yardım isə vaxtında hadisə yerinə yetişməyib. Daha sonra həkimlərin müdaxiləsinə baxmayaraq 20 yaşlı gənc xəstəxanaya aparılarkən vəfat edib.