3 dildə danışan pianoçu 4 ildir xəstəxanada qalır

İllərin pianoçusu Sevdanə Əliyeva 4 il yarımdır ki, xəstəxana divarlarından başqa heç yeri görə bilmir.

İngilis, fransız, rus dillərinə yiyələnmiş 57 yaşlı pianoçu, indi nəinki pianosundan, bütün imkanlarından uzaq düşüb.
O, 2012-ci ildə ailədaxili problem yaşayıb, evini satmalı olub. Sevdanə Əliyeva evindən əldə etdiyi gəliri onlayn yatırım platformasına qoyub. O deyir ki, bir nəfərin səhv ticarət əməliyyatı ucbatından bütün pulunu itirib.

Onun başına gələn bəlalar bununla bitmir, bədənindəki sinir ağrıları onu gündən-günə əldən salıb.

4 ildən çox 32 saylı Birləşmiş Şəhər Xəstəxanasında qalan qadın yenidən pianinoda ifa edə biləciyinə inanmır. Çünki sınmış qolunu xəstəxanada səhv əməliyyat ediblər.
Xəstəxana həyatı ona həm də seçdiyi həyat tərzinə görə ağır gəlir - 57 yaşlı Sevdanə Əliyeva 25 ildir ki, vegeteriandı.

Sevdanə Əliyevanın indi tək istəyi ona düzgün diaqnoz qoyulması və ayağa qalxmasıdır. Pianoçu buna görə dövlət qurumlarına, fondlara da müraciət edib.

O, ayaqları tutmadığı üçün yeriyə bilmir. Yeganə həmdərdi isə illər əvvəl aldığı netbukdur.

x

YAZARIN DİGƏR YAZILARI