Müdafiə Nazirliyi: Partlayışla bağlı Giləzi və Sitalçayda əhali təxliyə edilib (yenilənir)

Xəsarət alanlar haqda məlumat yoxdur

Source:


***


18.25.


Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş hadisə ilə bağlı AZƏRTAC-a daxil olan əlavə məlumatında bildirilir ki, müvafiq qurumlar tərəfindən görülmüş kompleks təxirəsalınmaz tədbirlər nəticəsində saat 17 radələrində yanğın lokallaşdırılaraq digər ərazilərə keçməsinin və partlayışların geniş vüsət almasının qarşısı alınıb:


“Hazırda Müdafiə Nazirliyinin hərbi hissənin ərazisinə cəlb edilmiş mühəndis-istehkam bölmələrinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin canlı qüvvələri və müvafiq texnikaları tərəfindən partlama nəticəsində ətrafa səpələnmiş qəlpələrin, ərazidə qalan partlamamış sursatların aşkarlanıb zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.


Eyni zamanda, hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılır. Onun vəziyyəti sabitdir, həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisə nəticəsində digər ağır xəsarət alan və yaxud vəfat edən şəxslər olmayıb”.


Bildirilir ki, Daxili İşlər Nazirliyi Bakı-Quba avtomobil yolunda avtomobillərin təhlükəsiz hərəkəti bərpa edib, ə


zilərdən təxliyə olunmuş kənd sakinləri artıq daimi yaşayış yerlərinə qaytarılıblar.


***


16.40. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş yanğınla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bakı-Quba avtomobil yolunda nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.


AZƏRTAC xəbər verir ki, saat 16:00-dan etibarən artıq hər iki istiqamətdə nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.


***


15.35. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışda yaralanan altı nəfərin adı məlum olub.


1995-ci il təvəllüdlü Hüseynov Kamran Rasim oğlu, 1976-cı il təvəllüdlü Abbasov Nəsimi Bibiqulu oğlu, 1978-ci il təvəllüdlü Ağayev Məhəmməd Ağarza oğlu, 1967-ci il təvəllüdlü Cəbrayılov Vidadi Talıb oğlu, 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Fazil oğlu və 1964-cü il təvəllüdlü Dəmirov Əlverdi Alış oğlu qəlpə yaraları ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.


Yaralıların vəziyyəti yaxşıdır, onlara zəruri tibbi yardım göstərilir (APA).


***


14.28.Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalovun Meydan TV-yə verdiyi məlumata görə, hadisə zamanı yaralanan 6 nəfər xəstəxanalara çatdırlıb.


Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.


***


12.30. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi

həyata keçirilib

.


Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.


***


11.58. Baş Dövlət Yol Polisi İdarəsi bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar xəbərdarlıq edib.


Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.


Qeyd olunanları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar.


***


11.21. Son məlumata əsasən, Giləzi kəndinin sakinləri də kəndi tərk edib, hazırda ərazidə sakitlikdir.


Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov


APA-ya deyib ki, partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.


Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.


Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.


***


Xəsarət alanlar haqda məlumat yoxdur

Avqustun 27-də səhərçağı Xızı rayonunun Stalçay kəndinin yaxınlığındakı silah anbarında partlayış olub. Mərmilərin bəziləri Şuraabad və digər qonşu kəndlərə də düşüb.

Bu barədə Meydan TV-yə yerli əhali məlumat verib.

Bildirilir ki, hazırda kəndə gedən yolu bağlayıblar, əhali ərazini tərk edir:

“Xəsarət alanlar haqda məlumat yoxdur, Fövqəlada Hallar Nazirliyinin əməkdaşları ərazidədirlər”.

Müdafiə Nazirliyi

faktı

təsdiqləyib.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: Partlayışla bağlı Giləzi və Sitalçayda əhali təxliyə edilib (yenilənir)